ABŞ şahmatçısı: "Şəhriyar Məmmədyarovla görüşdə bəxtim gətirdi"
Fərdi
- 02 aprel, 2022
- 09:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Məmmədyarovla ilk görüş asan keçmədi və deyə bilərəm ki, bir qədər bəxtim gətirdi".
"Report"un məlumatına görə, bunu ABŞ şahmatçısı Hikaru Nakamura Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinın III mərhələsinin yarımfinalında Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarovu mübarizədən kənarlaşdırması barədə danışarkən deyib.
35 yaşlı qrossmeyster heç-heçə etdikləri birinci partiyanın olduqca mürəkkəb keçdiyini bildirib: "Məncə, rəqibin bu qarşılaşmada qalib gəlmək şansları çox idi, sadəcə, vaxtı çatmadı".
Nakamuranın sözlərinə görə, tay-breyk görüşündə müdafiə xəttini düzgün quraraq, Məmmədyarova qalib gəlib.
Qeyd edək ki, Hikaru Nakamura finalda həmyerlisi Uesli So ilə qarşılaşacaq.
Son xəbərlər
19:36
Yeddi OPEC+ ölkəsi 2027-ci ilin yanvarında neft hasilatı kvotalarını saxlayıb – Yenilənib
Energetika
19:19
Foto
Azərbaycan nümayəndələri Daşkənddə Özbəkistanın tarixi, mədəniyyəti ilə tanış olub
Mədəniyyət siyasəti
19:05
Bakıda Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb
Hadisə
18:55
Azərbaycan Premyer Liqası: XIII turun son görüşündə "Qarabağ" "Sumqayıt"ı məğlub edib
Futbol
18:47
Foto
"Azərbaycanı kəşf et" təşəbbüsü çərçivəsində Qaranohur gölünə yürüş təşkil olunub
Ekologiya
18:25
Konqoda Eboladan ölənlərin sayı 6 000 nəfəri ötüb
Digər ölkələr
17:55
Leysan yağacaq, bəzi dağ çaylarından sel keçəcək - Xəbərdarlıq
Ekologiya
17:53
Albaniyada etiraz aksiyalarında xəsarət alanların sayı 61 nəfərə çatıb
Digər ölkələr
17:45
Yohannes Klebo Dünya Kubokunda həmyerlisinin rekordunu təkrarlayıb
Fərdi