ABŞ-ın velotrek üzrə üçqat dünya çempionu intihar edib - FOTO
Fərdi
- 11 mart, 2019
- 02:58
Bakı. 11 mart. REPORT.AZ/ ABŞ-ın velosiped idmanı üzrə 23 yaşlı üçqat dünya çempionu Kelli Ketlin özünə qəsd edib.
"Report" xəbər verir ki, bu barədə onun atası Mark Ketlin "VeloNews" nəşrinə müsahibəsində bildirib.
İdmançının cəsədi bir gün əvvəl onun Kaliforniyadakı evində aşkarlanıb. Onun atası qızının özünü öldürməsi səbəbi və hadisənin başvermə şəraiti barədə heçnə deməyib. "İtkinin ağrısı inanılmazdır", - deyə o bildirib.
Ketlinin ölümü haqqında həmçinin ABŞ-ın Velosiped İdmanı Federasiyasının sədri Bob Demartini də bəyanat yayıb. O, qeyd edib ki, Kelli həmişəlik ölkənin velosiped idmanı ailəsinin üzvü olaraq qalacaq.
Kelli Ketlin 2016, 2017 və 2018-ci illərin komanda yarışlarında dünya çempionatlarının qızıl medallarını qazanıb.
Son xəbərlər
23:13
Makron ABŞ-nin Qrenlandiyaya görə rüsum tətbiqini qəbuledilməz adlandırıb
Digər ölkələr23:05
Foto
Bakıda "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub
İncəsənət23:02
İsrail ordusu Qəzzada HƏMAS-ın bir neçə komandirinin məhv edildiyini açıqlayıb
Digər ölkələr22:52
Suriya ordusunun bölmələri Tabqaya daxil olaraq silahlı dəstələri mühasirəyə alıb
Digər ölkələr22:33
Tramp: İrana yeni rəhbər axtarmağın vaxtı çatıb
Digər ölkələr22:18
Avstriyanın Alp dağlarında qar uçqunları nəticəsində beş nəfər həlak olub
Digər ölkələr21:59
Rusiya Xarkovun kritik infrastrukturlarına zərbə endirib
Digər ölkələr21:46
Ançelottinin "Real Madrid"in "Levante"yə qarşı oyununda görünməsi şayiələrə səbəb olub
Futbol21:41