"70-ci illərin cavanları" ilk dəfə 1-ci Bakı Beynəlxalq Çelencində yarışacaqlar

"70-ci illərin cavanları" ilk dəfə 1-ci Bakı Beynəlxalq Çelencində yarışacaqlar İyunun 17-də ilk dəfə Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq Çelenci start götürəcək.
Fərdi
10 İyun , 2023 18:35
70-ci illərin cavanları ilk dəfə 1-ci Bakı Beynəlxalq Çelencində yarışacaqlar

İyunun 17-də ilk dəfə Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq Çelenci start götürəcək.

Federasiyadan "Report"a verilən məlumata görə, dənizkənarı bulvarda (Azərbaycan Dövlət Kukla Teatrının arxası) iki gün davam edəcək tədbirdə Azərbaycan, Gürcüstan və Litvadan ümumilikdə 47 komandanın tərkibində 500-dək idmançı bacarığını göstərəcək.

Çelencdə paytaxtla yanaşı, ölkənin 20 bölgəsindən idmançılar qüvvələrini sınayacaqlar.

Müsabiqədə ilk dəfə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin və Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin sakinləri iştirak edəcəklər.

İyunun 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin mətbuat üçün açıq məşqləri keçirilib.

Gimnastika hamı üçün növü üzrə baş məşqçi Ruslan Eyvazovun rəhbərliyi altında, komandanın məşqçisi Rəna Manafova tərəfindən keçirilən məşqlərdə ahıllar çıxış proqramlarını təqdim edib, yarışa hazırlıqla bağlı təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, Çelencdə sosial xidmət müəssisəsinin 7 sakini "70-ci illərin cavanları" adlı komanda altında mübarizəyə qoşulacaq.

Xatırladaq ki, adıçəkilən sosial xidmət müəssisəsində Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində Azərbaycan Gimnastika Federasiyası tərəfindən ötən ilin noyabr ayından etibarən gimnastika hamı üçün növü üzrə məşqlər tədris olunur.

Son xəbərlər

Orphus sistemi