Zaur Qəhrəmanov: “Türkiyə pandemiyadan sonra dünyada yeni mövqe tutacaq”

Zaur Qəhrəmanov: “Türkiyə pandemiyadan sonra dünyada yeni mövqe tutacaq” Türkiyənin enerji sektoru üzrə cari əməliyyatlar balansının kəsirinin aradan qaldırılmasına dəstək olmaq üçün SOCAR investisiya yatırımlarını davam etdirəcək.
Energetika
8 Dekabr , 2020 13:01
Zaur Qəhrəmanov: “Türkiyə pandemiyadan sonra dünyada yeni mövqe tutacaq”
Zaur Qəhrəmanov

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu günə qədər Türkiyəyə yatırdığı investisiyanın ümiumi həcmi 16,5 mlrd ABŞ dollarını keçib.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Energy A.Ş.”nin Baş icraçı direktoru Zaur Qəhrəmanov Türkiyənin Beynəlxalq Yatırımçılar Dərnəyinin (YASED) 40-cı il dönümündə keçirilən Beynəlxalq Yatırım Zirvəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu investisiyaların həcmi hazırda davam edən layihələr başa çatdıqda 19,5 mlrd ABŞ dollara çatacaq.

O qeyd edib ki, Türkiyənin enerji sektoru üzrə cari əməliyyatlar balansının kəsirinin aradan qaldırılmasına dəstək olmaq üçün SOCAR investisiya yatırımlarını davam etdirəcək, var gücü ilə çalışacaq: “Rəqəmsal transformasiya istehsal şirkətləri üçün daha da vacib hala gəlib. Türkiyə pandemiyadan sonra dəyişən dünyada yeni bir mövqe tutacaq”.

Z. Qəhrəmanov bildirib ki, ticarət, gömrük, təchizat zənciri, logistika, vergilər, məşğulluq və hüquqi məsələlərlə bağlı atılmalı olan bütün lazımi addımlar Türkiyənin mövqeyini daha da gücləndirəcək.

Xatırladaq ki, dekabrın 7-də Türkiyədə dünyanın öndə gedən beynəlxalq investorları bir araya gəlib. Beynəlxalq Yatırım Zirvəsi qlobal investisiya mühitinin dəyərli və tanınmış adlarının qatıldığı panel və çıxışlarla ən əhəmiyyətli zirvələrdən biri olub. Tədbirin baş sponsor qismində “SOCAR Turkey Energy A.Ş.” çıxış edir. Beynəlxalq Yatırım Zirvəsinin digər sponsorları arasında SAP, “Boeing”, “Fiat”, “Kale Grubu”, “Oyak Renault Otomobil Fabrikaları” və “PepsiCo” şirkətləri də var.

Son xəbərlər

Orphus sistemi