Zaur Qəhrəmanov: "Petrol Ofisi" olmazsa, B və C planlarımız var"

Zaur Qəhrəmanov: "Petrol Ofisi" olmazsa, B və C planlarımız var" SOCAR "Petrol Ofisi"nə maraq göstərir
Energetika
23 Yanvar , 2017 10:23
Zaur Qəhrəmanov: Petrol Ofisi olmazsa, B və C planlarımız var

Bakı. 23 yanvar. REPORT.AZ/ “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avstriyanın OMV qrupunun Türkiyədəki “Petrol Ofisi” şirkətini (yanacaqdoldurma şəbəkəsi) satışa çıxarması ilə bu səhmlərə maraq göstərir. Çünki "STAR" neft emalı zavodunun istismara verilməsindən sonra  SOCAR-ın paylayıcı şirkətə ehtiyacı yaranır”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu “SOCAR Turkey Energy” şirkətinin baş direktoru Zaur Qəhrəmanov bildirib.

O qeyd edib ki, bu mənada “Petrol Ofisi” SOCAR üçün ən uyğun seçimdir. “Təbii ki, burada dəyərləndirmənin də önəmi var, əgər uyğun bir məbləğ olarsa, alışa niyyətimiz var. Lakin “Petrol Ofisi” olmazsa, bizim B və C planlarımız var. Başqa bir şirkəti satın almaq üçün müzakirələr apara, yaxud da sıfırdan bir şirkət yarada bilərik”, - deyə Z.Qəhrəmanov əlavə edib.

Qeyd edək ki, OMV “Petrol Ofisi”ni 2006-cı ildə "Doğan" Şirkətlər Qrupundan 3 mlrd. dollara alıb. Hazırda “Petrol Ofisi”nin Türkiyə ərazisində 1 785 yanacaqdoldurma məntəqəsi var. OMV ötən ilin fevralında “Petrol Ofisi”ni satışa çıxaracağını elan etmişdir.

Son xəbərlər

Orphus sistemi