"2020-ci il artıq bizim Türkiyədə böyük yatırımlarımız ili oldu".
“Report”un məlumatına görə, bunu Türkiyə televiziyalarından birinə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Energy A.Ş.”nin Baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.
O xatırladıb ki, 2019-cu ildə “SOCAR Turkey Energy” “Bursagaz” və “Kayserigaz”ı öz tərkibinə daxil edib.
Onun sözlərinə görə, artıq 2020-ci ildə şirkətin böyük yatırımlarının ilk mərhələsi bitib: “Biz artıq yeni yatırımlar haqqında düşünürük. Bu investisiyalar infrastruktur layihəsinə yatırılacaq”.
Z.Qəhrəmanov bildirib ki, gələcək illərdə şirkətin neft-kimya sektorunda yeni böyük yatırımları olacaq: “Hal-hazırda bu infrastruktur lahiyəsinin mühəndislik işlərini həyata keçiririk. Gələn il bunların da sərmayə proqramlarını hazırlayıb, həyata keçirilməsinə başlayacağıq”.