Yunanıstan energetika naziri gələn həftə Azərbaycana səfər edəcək

Yunanıstan energetika naziri gələn həftə Azərbaycana səfər edəcək Səfərin əsas məqsədi "Cənub Qaz Dəhlizi" üzrə görüşlərdə iştirak etməkdir
Energetika
6 Fevral , 2015 13:22
Yunanıstan energetika naziri gələn həftə Azərbaycana səfər edəcək

Bakı. 6 fevral. REPORT.AZ/ Yunanıstan istehsalat islahatları, ətraf mühtin qorunması və energetika naziri Panayotis Lafazanis Azərbaycana səfər edəcək.

Yunanıstanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, nazirin səfəri fevralın 12-də baş tutacaq. 

Səfərin əsas məqsədi "Cənub Qaz Dəhlizi" üzrə görüşlərdə iştirak etməkdir.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Konsultativ Şuranın ilk iclası 2015-ci ilin fevral ayında Bakıda keçiriləcək. Görüşdə layihənin həyata keçirilməsi ilə bağlı konkret tövsiyələr veriləcək. 

Son xəbərlər

Orphus sistemi