Yunanıstan DESFA-nın SOCAR-a satışı razılaşmasının təsdiqi prosesinin sürətlənməsini istəyir

Yunanıstan DESFA-nın SOCAR-a satışı razılaşmasının təsdiqi prosesinin sürətlənməsini istəyir "DESFA şirkətinin səhmlərinin satılması Yunanıstanın milli qanunvericiliyinə və Üçüncü Enerji Paketinə uyğundur"
Energetika
10 Dekabr , 2014 04:18
Yunanıstan DESFA-nın SOCAR-a satışı razılaşmasının təsdiqi prosesinin sürətlənməsini istəyir
Bakı. 10 dekabr. REPORT.AZ/ Yunanıstanın Ətraf Mühit, Energetika və İqlim Dəyişikliyi naziri İoannis Maniatis Avropa Komissiyasının Enerji Məsələləri üzrə Komissarı Maroş Şevçoviçdən Yunanıstanın qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ / SOCAR) satılması barədə razılaşmanın Avropa Komissiyası tərəfindən təsdiq edilməsi prosesinin sürətlənməsini xahiş edib.

"Maniatis və Şefçoviç sözü gedən razılaşmanın Avropa Komissiyasının məsul qurumları, xüsusən də, Aİ Antiinhisar Qurumu tərəfindən təsdiqlənməsi mərhələsini müzakirə ediblər. Sözü gedən struktur noyabrın 5-də DESFA-nın yeni sahibkara verilməsinin Avropa rəqabət qaydalarına uyğunluğunun araşdırılması üçün 3 ay vaxt istəmişdi”, - deyə Yunanıstanın Ətraf Mühit, Energetika və Iqlim Dəyişikliyi Nazirliyindən xatırladıblar.

"Report" RİA Novosti-ya istinadən xəbər verir ki, görüş zamanı Maniatis vurğulayıb ki, rəsmi Afina Avropa İttifaqının energetika üzrə qurum ilə DESFA şirkətinin səhmlərinin satışı məsələsində sıx əməkdaşlıq edib və bütün prosedurlar həm Yunanıstanın milli qanunvericiliyi həm də Üçüncü Enerji Paketi ilə ziddiyət təşkil etmir.

Yunan nazir Şevçoviçdən SOCAR ilə əldə olunan razılaşmanın təstiqlənməsinə köməklik göstərilməsini xahiş edib və Yunanıstan hökümətinin bu istiqamətdə həlledici tövhə verməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, ARDNŞ DESFA-da iştirak payını Yunanıstan hökumətinin keçirdiyi özəlləşdirmə proqramı çərçivəsində alıb.

DESFA şirkətinin səhmlərinin 66%-nın alınması barədə Avropa İttifaqı antiinhisar orqanlarına, alqı-satqı prosesinin rəsmiləşdirilməsi məqsədiilə göndərilmiş sonuncu bildiriş kontekstində, daha dərin araşdırmaların aparılması üçün Avropa Komissiyası tərəfindən II Mərhələnin açılışı müəyyən edilmişdi.

II Mərhələdə aparılan araşdırmalar, adətən, 90 iş günü ərzində həyata keçirilir. Yekun qərarın isə 2015-ci ilin ilk yarısında veriləcəyi gözlənilirdi.

Son xəbərlər

Orphus sistemi