“Azərenerji” Şüvəlandakı “Şimal-1” elektrik stansiyasında itirilmiş 30 MVt gücü bərpa edib

“Azərenerji” Şüvəlandakı “Şimal-1” elektrik stansiyasında itirilmiş 30 MVt gücü bərpa edib “Şimal-2” elektrik stansiyası isə yay aylarında istismara veriləcək
Energetika
15 Aprel , 2019 15:05
“Azərenerji” Şüvəlandakı “Şimal-1” elektrik stansiyasında itirilmiş 30 MVt gücü bərpa edib

Azərenerji” ASC “Reabilitasiya Proqramı” çərçivəsində Şüvəlan qəsəbəsində yerləşən “Şimal-1” elektrik stansiyasında son aylarda təmir, sazlama və bərpa işləri aparıb. 

Bu barədə “Report”a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, stansiyanın blokunda zədələnmiş rutor dəyişdirilərək başqası ilə əvəz edilib. 100 tona qədər çəkisi olan rutorun dəyişdirilməsi ilə bağlı stansiyanın fəaliyyətinin müvəqqəti dayandırılması fürsətindən istifadə edilərək xarici və yerli mütəxəssislərin iştirakı ilə yanacaq kompressoru, işçi kürəklər, o cümlədən digər avadanlıq, aqreqatlar yenilənib, təmizlənib və təmir edilib. Təmirdən sonra yerli mütəxəssislərlə birgə “Mitsubishi”, “General Electrik”, ABB şirkətinin Avropadan və Yaponiyadan olan mütəxəssislərinin iştirakı ilə sınaq işləri aparılıb və “Şimal-1” elektrik stansiyası təkrar işə qoşulub.

Ümumilikdə, ötən ilin sentyabr ayından sonra aparılan yenidənqurma, təmir - bərpa işləri nəticəsində “Şimal-1” elektrik stansiyasının gücü 350 MVt-dan 380 MVT-a qaldırılıb.

Stansiyada görülən işlərlə paralel olaraq təməli Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qoyulan 400 MVt-lıq “Şimal-2” elektrik stansiyasının tikintisi də son aylarda sürətləndirilib və artıq yekunlaşmaq üzrədir. “Şimal-2” elektrik stansiyasının enerji blokunda Yaponiyanın “Mitsubishi” şirkətinin mütəxəssisləri ilə birlikdə sazlama işləri davam edir və hər həftənin bir günü qurğu işə salınaraq yoxlanılır. Yay aylarında “Şimal-2” elektrik stansiyası istismara buraxılacaq.

Burada tikilən İdarəetmə Mərkəzinin sayəsində “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının paralel istismar edilməsi daha stabil və qənaətcil olacaq. “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları üzrə, ümumilikdə, il ərzində 5,7 mlrd. kVt/s elektrik enerjisi istehsalı ediləcək ki, bu da enerji sistemi üçün olduqca ciddi nəticədir.

Son xəbərlər

Orphus sistemi