Yaponiya Atom Enerjisi Tənzimləmə Təşkilatı 2024-cü ilin noyabrında 50 yaşı tamam olacaq Takahama Atom Elektrik Stansiyasının (Fukui prefekturası) ilk enerji blokunun davamlı istismarını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Vurğulanıb ki, bu, Yaponiyada təşkilatın yaşı 50-dən çox olan enerji blokunun davamlı işləməsinə icazə verdiyi ilk haldır. Yapon tənzimləyicisi hərtərəfli yoxlamalar apardıqdan sonra bu qənaətə gəlib ki, Takahama AES-in ilk enerji bloku bütün təhlükəsizlik standartlarına cavab verir və daha 10 il istismara yararlıdır.
Yaponiyada nüvə reaktorlarının ömrü 40 ildən sonra əlavə icazənin alınması nəzərə alınmaqla 60 il idi. Bununla belə, 2023-cü ildə qanunvericiliyə AES-lərlə bağlı dəyişiklik edilib. Belə ki, AES-lər istismara verildikdən 30 il sonra yoxlanılacaq və bütün təhlükəsizlik standartlarına cavab verərsə daha 10 il işləyəcək.