Yanvarda Gürcüstan Azərbaycandan 43 mln. dollarlıq qaz idxal edib

Yanvarda Gürcüstan Azərbaycandan 43 mln. dollarlıq qaz idxal edib Tbilisi. 19 fevral. REPORT.AZ/ Ötən ay Gürcüstan Azərbaycandan 260 min 699,6 kubmetr təbii qaz idxal edib.
Energetika
19 Fevral , 2019 13:38
Yanvarda Gürcüstan Azərbaycandan 43 mln. dollarlıq qaz idxal edib

Tbilisi. 19 fevral. REPORT.AZ/ Ötən ay Gürcüstan Azərbaycandan 260 min 699,6 kubmetr təbii qaz idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkənin Azərbaycandan idxal etdiyi təbii qazın ümumi dəyəri 42 mln. 987,6 min dollar təşkil edib.

İllik müqayisədə qonşu ölkəyə ixrac olunmuş qaz həcm baxımından 26 min 156,6 kubmetr və ya 11,1%, məbləğ baxımından isə 1 mln. 468,1 min dollar çoxdur.

2018-ci ilin yanvar ayında Gürcüstan Azərbaycandan ümumi dəyəri 41 mln. 519,5 min dollar olan 234 min 543 kubmetr qaz idxal edib.  

Son xəbərlər

Orphus sistemi