Yanvarda Azərbaycanda 2,5 milyon ton neft-kondensat hasil edilib

Yanvarda Azərbaycanda 2,5 milyon ton neft-kondensat hasil edilib Bu ilin yanvar ayında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 2,5 milyon ton, ixracı isə 2,1 milyon ton olub
Energetika
13 Fevral , 2024 09:19
Yanvarda Azərbaycanda 2,5 milyon ton neft-kondensat hasil edilib

Bu ilin yanvar ayında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 2,5 milyon ton, ixracı isə 2,1 milyon ton olub.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir əlavə edib ki, yanvarda 30 milyon kubmetr artımla hasil edilmiş 4,3 milyard kubmetr təbii qazın isə 2,3 milyard kubmetri ixrac olunub.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda 48,3 milyard kubmetr təbii qaz hasil edilib. Bu, 2022-ci ilə nisbətən 3,2 % və ya 1,5 milyard kubmetr çoxdur. Eyni zamanda, ötən il Azərbaycanda 30,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu, 2022-ci illə müqayisədə 2,4 milyon ton və ya 7,36 % azdır.

Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.

Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.

Son xəbərlər

Orphus sistemi