Xoşbəxt Yusifzadə: "AÇG-də daha böyük ehtiyatlar var"

Xoşbəxt Yusifzadə: "AÇG-də daha böyük ehtiyatlar var" İndiyə qədər yataqlar blokundan 436 mln.ton neft əldə edilib
Energetika
15 Sentyabr , 2017 11:09
Xoşbəxt Yusifzadə: AÇG-də daha böyük ehtiyatlar var

Bakı. 15 senyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku daha böyük ehtiyatlara malikdir və bu yataqlarda görüləcək böyük işlər var.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Ali Neft Məktəbində yeni tədris ilinin başlanması münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, indiyə qədər yataqlar blokundan 436 mln.ton neft əldə edilib: "Dünən qeyd edildiyi kimi, 500 mln. ton həcmində ilkin çıxarılmayan ehtiyat qiymətləndirilir. Amma inanıram ki, bu rəqəm də son deyil. Hələ bu yataqda gələcəkdə böyük işlər görüləcək. AÇG Azərbaycana, neftçilərə Allahdan bir hədiyyədir".

SOCAR rəsmisi həmçinin qeyd edib ki, bu yataqlarda ehtiyatların artmasına şübhə yoxdur. 

Son xəbərlər

Orphus sistemi