Xaçmazın iki kəndinə ilk dəfə qaz verilib

Xaçmazın iki kəndinə ilk dəfə qaz verilib Bakı. 12 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun Aşağıoba və Xuray kəndlərinə ilk dəfə təbii qaz verilib.
Energetika
12 Mart , 2018 12:59
Xaçmazın iki kəndinə ilk dəfə qaz verilib
Azeriqaz104.az

Bakı. 12 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun Aşağıoba və Xuray kəndlərinə ilk dəfə təbii qaz verilib.

“Report”un “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, kəndlərə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 51 906 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 336 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Meşəli, Sahillər, Turist, Dalğalı, Samurçay qəsəbələrində və Qaracik Zeyid, Çaxçaxlı, Pərdiqıran, Seyidlikəndyeri, Aslanoba, Vələmir kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi