​Xaçmaz və Yevlax rayonlarının daha iki kəndinə qaz verilib

​Xaçmaz və Yevlax rayonlarının daha iki kəndinə qaz verilib Mərasimlərdə rayon icra hakimiyyətləri və "Azəriqaz" İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak diblər
Energetika
3 Sentyabr , 2015 17:02
​Xaçmaz və Yevlax rayonlarının daha iki kəndinə qaz verilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bu gün Xaçmaz rayonunun Hacılar və Yevlax rayonunun Quşçu kəndlərinə təbii qaz verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə keçirilmiş təntənəli mərasimlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xaçmaz rayonunun Hacılar kəndinə ilk dəfə təbii qazın verilişi münasibəti ilə keçirilmiş tədbirdə bildirilib ki, 109 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 590 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Yevlax rayonunun 202 abonentlik Quşçu kəndinə təbii qazın verilişi bərpa edilib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, qazlaşdırma işləri zamanı ümumilikdə 12 324 metr uzunluğunda qaz xətləri çəkilib, abonentlər sayğac və fərdi tənzimləyicilərlə təchiz edilib.

Son xəbərlər

Orphus sistemi