Xaçmaz sakinləri qaz olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıb

Xaçmaz sakinləri qaz olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıb Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin sayca 25-ci "Açıq mikrofon" aksiyası baş tutub
Energetika
2 Noyabr , 2021 17:31
Xaçmaz sakinləri qaz olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin sayca 25-ci "Açıq mikrofon" aksiyası baş tutub.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Xaçmaz rayonunun Maqsudkənd kəndindən daxil olan müraciətlər əsasında "Səyyar qəbul otağ"ı bu kəndin sakinlərinin ixtiyarında olub.

200-dək fərdi yaşayış evi olan kəndin sakinləri "Açıq mikrofon" aksiyasının imkanlarından istifadə edərək təbii qaz olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Kənd sakinləri "mavi" yanacaqdan istifadənin hər zaman lazım olduğunu, əsasən qarşıdan gələn qış aylarında isə daha vacib olduğunu bildiriblər. Aksiyanın imkanlarından istifadə etmək üçün vətəndaşlar qonşu Nərəcan kəndindən də bu ünvana üz tutublar. Sözü gedən kəndin qazlaşdırılması tamamlansa da, sonradan salınan yeni yaşayış massivlərində, habelə genişlənən ərazilərdə yaşayan vətəndaşlar "mavi" yanacaqdan istifadə edə bilmədiklərini, yeni massivlərin təbii qazla təmin olunmasını Birliyin rəhbərliyindən xahiş ediblər. Daxil olan bütün müraciətlər qeydə alınıb.

Qeyd edək ki, 25 aksiyanın 6-ı tərəvəz istehsalı və quşçuluq təsərrüfatı ilə məşğul olan sahibkarlarla, digər 19-u isə ayrı-ayrı ərazilərdə vətəndaşlarla təşkil olunub. Vətəndaş məmnuniyyəti Birliyin əsas prioritetidir!

Son xəbərlər

Orphus sistemi