Venesuela bu il neft hasilatını 1,5 milyon barel/günə qədər artırmağı planlaşdırır

Venesuela bu il neft hasilatını 1,5 milyon barel/günə qədər artırmağı planlaşdırır Maduro: “Yeni hasilat, maliyyələşdirmə və marketinq mexanizmlərindən istifadə olunaraq bütün dünya üzrə satılacaq gündəlik 1,5 milyon barel hasilat səviyyəsinə çıxmağı hədəfləyirik”
Energetika
14 Yanvar , 2021 17:45
Venesuela bu il neft hasilatını 1,5 milyon barel/günə qədər artırmağı planlaşdırır

Venesuela 2021-ci ildə neft hasilatını gündə 1,5 milyon barelə qədər artırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Investing.com” portalı Venesuela Dövlət Neft Şirkəti PDVSA və ölkə prezidenti Nikolas Maduronun açıqlamasına istinadən məlumat yayıb.

“Yeni hasilat, maliyyələşdirmə və marketinq mexanizmlərindən istifadə olunaraq bütün dünya üzrə satılacaq gündəlik 1,5 milyon barel hasilat səviyyəsinə çıxmağı hədəfləyirik”, - deyə Maduro xalqa illik müraciətində söyləyib.

O xatırladıb ki, 2015-ci ilin martında, ABŞ-ın Venesuelaya qarşı sanksiyalar tətbiq etməsindən əvvəl PDVSA hasilatı 2,15 milyon barel/gün səviyyəsində saxlayırdı.

“2014-cü ildən 2019-cu ilədək sənayenin maliyyəyə çıxış edə bilməməsi və neft satışına qoyulan qadağa səbəbindən neft haslatı 69 % azalıb. Venesuelanın 2015-ci ildən bəri itkiləri təxminən 100 milyard ABŞ dolları təşkil edib. 13 ay boyunca bir damla neft satmadan dözdük”, - o bəyan edib.

Venesuela prezidenti həmçinin “Citgo” neft-qaz şirkətinin ölkənin mülkiyyətinə qaytarılması üzərində işləməyə çağırıb.

Maduronun sözlərinə görə, Venesuela məhrum olduğu mənbələri bərpa etməyi bacarsa, gündəlik neft hasilatını təxminən 2 milyon barelə qədər artıra bilər.

Qeyd edək ki, ABŞ sanksiyalarına rəğmən, Venesuelaya neftini satmaqda kömək edən ən böyük hab Birləşmiş Ərəb Əmirlikləridir.

“Reuters”in xüsusi araşdırmasında qeyd olunur ki, PDVSA ilə Venesuela neftnin alıcıları arasında yeni vasitəçi kimi BƏƏ-də qeydiyyatdan keçmiş “Muhit Maritime FZE”, “Issa Shipping” və “Asia Charm” kimi şirkətlərdir.

Əlavə edək ki, 2020-ci ilin mart ayında Venesuela neftinin barelinin qiyməti 5-10 ABŞ dollarına düşmüşdü.

Son xəbərlər

Orphus sistemi