“Ümid” yatağındakı 10 saylı quyuda yüksək hasilat bərpa edilib

“Ümid” yatağındakı 10 saylı quyuda yüksək hasilat bərpa edilib Hazırda yataqdakı 10 və 14 saylı quyulardan ümumilikdə sutkada 1,5 mln. kubmetr qaz və 250 ton kondensat hasil edilir
Energetika
20 Sentyabr , 2017 17:38
“Ümid” yatağındakı 10 saylı quyuda yüksək hasilat bərpa edilib
Socar.az

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu günlərdə Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağındakı 10 saylı quyu yüksək hasilatla istismara qaytarılıb.

“Report” SOCAR-a istinadən xəbər verir ki, 2012-ci ildə sutkalıq 750 min kubmetr qaz və 150 ton kondensatla işlənilməyə verilən 10 saylı quyuda son zamanlar hasilatın azalması xüsusi araşdırma aparılmasına zərurət yaradıb, nəticədə həm quyu içində, həm də quyuətrafı zonada bunun səbəbləri təyin edilib. Yatağın işlənilməsini həyata keçirən “SOCAR-Ümid” MMC-nin baş geoloqu İntiqam Bayramovun rəhbərliyi ilə quyunun turşu ilə işlənilməsi layihəsinin icrasına başlanılıb. Layihə uğurla başa çatdırılmış, quyu gündəlik 600 min kubmetr qaz və 110 ton kondensat hasilatı ilə istismara verilib. 

Hazırda yataqdakı 10 və 14 saylı quyulardan ümumilikdə sutkada 1,5 mln. kubmetr qaz və 250 ton kondensat hasil edilir. İndiyədək “Ümid” yatağından 1 517 mln. kubmetr qaz və 237 min ton kondensat hasil edilib. Yatağın işlənilməsi uğurla davam etdirilir.

Son xəbərlər

Orphus sistemi