Ülviyyə Cəlilzadə: “Energetika Nazirliyi Dünya İqlim Fondu ilə əməkdaşlıqda maraqlıdır” - FOTO

Ülviyyə Cəlilzadə: “Energetika Nazirliyi Dünya İqlim Fondu ilə əməkdaşlıqda maraqlıdır” - FOTO Dünya İqlim Fondunun Prezidenti Yens Nilson və Fondun təmsilçisi Ülviyyə Cəlilzadə energetika nazirinin müavini Orxan Zeynalovla görüşüb.
Energetika
1 Oktyabr , 2024 12:53
Ülviyyə Cəlilzadə: “Energetika Nazirliyi Dünya İqlim Fondu ilə əməkdaşlıqda maraqlıdır” - FOTO

Dünya İqlim Fondunun Prezidenti Yens Nilson və Fondun təmsilçisi Ülviyyə Cəlilzadə energetika nazirinin müavini Orxan Zeynalovla görüşüb.

"Report" xəbər verir ki, görüşdə O.Zeynalov əməkdaşlıq məsələsinə toxunub.

O, qeyd edib ki, Azərbaycanda "yaşıl enerji" sahəsində bir çox layihələr həyata keçiriləcək və nazirlik bu məsələdə Dünya İqlim Fondu ilə əməkdaşılığa maraqlıdır: “Nazirlik son dövrlərin gündəmində olan "yaşıl enerji" sahəsində bir neçə layihə gerçəkləşdirəcək. Bu sahədə Dünya İqlim Fondu ilə əməkdaşlıq etməkdə maraqlıyıq və Fond da bu fikirə müsbət yanaşarsa, əməkdaşlıq edə bilərik”.

Ü.Cəlilzadə isə bildirib ki, görüşdə Y.Nilson Azərbaycanda külək enerjisi sahəsində həyata keçiriləcək layihələr haqqında fikrini bildirib: “O, deyib ki, Dünya İqlim Fondu Bakıda keçiriləcək möhtəşəm COP 29 tədbirindən sonra Azərbaycanda külək enerjisi ilə bağlı davam edəcək layihələrə dəstək olmağa hazırdır”

Son xəbərlər

Orphus sistemi