Ukrayna ərazisindən Rusiya qazının tranziti dayandırılacaq

Ukrayna ərazisindən Rusiya qazının tranziti dayandırılacaq Ukraynanın “Naftoqaz” dövlət neft-qaz şirkəti ilin sonunadək Rusiyadan qaz tranzitini bütövlüklə dayandırmağa hazırlaşır.
Energetika
4 İyul , 2019 17:29
Ukrayna ərazisindən Rusiya qazının tranziti dayandırılacaq

Ukraynanın “Naftoqaz” dövlət neft-qaz şirkəti ilin sonunadək Rusiyadan qaz tranzitini bütövlüklə dayandırmağa hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Yuri Vitenko “Facebook”dakı səhifəsində bildirib.

“Təəssüf ki, Ukrayna ərazisindən qaz tranzitini təkcə 2020-ci ilin I rübü üçün deyil, bütövlükdə 2019-cu il başa çatandan sonra dayandırılacağını gözləyirik”,- deyə o qeyd edib. Ukrayna dövlət neft şirkətinin rəhbəri Rusiyanın “Qazprom” şirkətinin iqtisadi deyil, siyasi amilləri rəhbər tutduğunu vurğulayıb.

Qeyd olunub ki, bu ay Ukraynada gündəlik qaz hasilatının ötən ilin dekabrına nisbətən 9,2 faiz azaldığı nəzərə alınsa, ölkənin qışa hazırlığı çətin vəziyyətə düşəcək.

Həmçinin RİA “Novosti” xəbər verir ki, Ukraynadakı islahatlara dair Torontoda keçirilən konfransda “Naftoqaz” şirkətinin qaz bölməsinin rəhbəri Andrey Favorov da qaz tranzitində üç aya qədər fasilə gözlədiklərini bildirib.

Ukrayna ərazisindən təbii qaz tranzitinə dair Rusiya ilə qüvvədə olan müqavilə cari ilin sonunda başa çatır. Həmin tranzitin davam etdirilməsilə bağlı Ukrayna - Rusiya - Avropa İttifaqı arasında üçtərəfli danışıqlar aparılsa da, növbəti mərhələnin tarixi hələlik razılaşdırılmayıb. Halbuki Ukrayna baş naziri Vladimir Qroysman iyulun 2-də Avropaya təbii qaz tranzitinin, habelə qaz hasilatının təmin olunmasını “Naftoqaz” rəhbərliyinin birbaşa borcu olaraq səciyyələndirmişdi.

Son xəbərlər

Orphus sistemi