Ukrayna Avropaya qaz tranzitini dayandırıb
Energetika
- 10 may, 2022
- 15:39
Ukrayna Rusiya hərbçiləri tərəfindən Luqansk vilayətində ələ keçirilən "Soxranovka" stansiyası vasitəsilə qazın Avropaya tranzitini dayandırıb.
"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın GTS operatorunun mətbuat xidməti məlumat yayıb.
Şirkət fors-major vəziyyətin baş verdiyini açıqlayıb. Avropaya tranzitin demək olar ki, üçdə biri "Soxranovka" vasitəsilə reallaşır.
Belə ki, 11 may 2022-ci il saat 07:00-dan qovşaqdan qaz qəbul edilməyəcək.
Eyni zamanda, Ukrayna avropalı tərəfdaşlar qarşısında tranzit öhdəliklərini tam həcmdə və müqavilənin şərtlərinə uyğun yerinə yetirmək üçün tranzitin müvəqqəti başqa ərazidən həyata keçirilməsini düşünür.
Son xəbərlər
19:58
Foto
Popşoy: Moldova Azərbaycandan qaz və neft məhsullarının tədarükündə maraqlıdır
Energetika19:45
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib
Xarici siyasət19:38
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər
Fərdi19:36
Foto
Video
"Birliyin Gücü - 2026": Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub
Hərbi19:32
Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur
Region19:25
Foto
Naxçıvanda ilk dəfə təşkil olunan I Naxçıvan Beynəlxalq Tibb Günlərinə start verilib
Sağlamlıq19:19
Sabirabadda avtoqəza olub, ölən var
Hadisə19:19
Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib
Region19:09
Foto
Video