Türkmənistan Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisi ixracınının artacağına ümid edir

Türkmənistan Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisi ixracınının artacağına ümid edir Türkmənistan Azərbaycan vasitəsilə Avropa ölkələrinə elektrik enerjisi ixracının həcminin artacağına ümid edir.
Energetika
25 Oktyabr , 2024 20:49
Türkmənistan Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisi ixracınının artacağına ümid edir

Türkmənistan Azərbaycan vasitəsilə Avropa ölkələrinə elektrik enerjisi ixracının həcminin artacağına ümid edir.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Türkmənistanın neft və qazı – 2024” konfransında ölkənin energetika naziri Annageldi Saparov bildirib.

O qeyd edib ki, Türkmənistan marşrutların şaxələndirilməsinə və elektrik enerjisi ixracının genişləndirilməsinə töhfə verən bir sıra layihələr həyata keçirir.

Saparovun sözlərinə görə, hazırda ölkədə ümumi quraşdırılmış gücü 7 min MVt olan 12 elektrik stansiyası fəaliyyət göstərir ki, bu da yerli istehlakçıların etibarlı elektrik təchizatını və artıq elektrik enerjisinin qonşu ölkələrə hər il artan həcmdə ixracını təmin edir.

“Xəzər dənizinin dibi, Azərbaycan və Türkiyə vasitəsilə Avropa ölkələrinə elektrik enerjisi ixracının həcminin artması Balkan vilayətinin Türkmənbaşı etrapında gücü 1,6 min MVt olan kombinəedilmiş elektrik stansiyasının istifadəyə verilməsini asanlaşdırılmalıdır. Tikinti işləri sürətlə aparılır”, - nazir deyib.

Son xəbərlər

Orphus sistemi