Türkiyənin təbii qaz anbarlarının həcmi 3 dəfə artırılacaq

Türkiyənin təbii qaz anbarlarının həcmi 3 dəfə artırılacaq Türkiyə spot qaz bazarında “Istanbul Benchmark” (etalon qiymət) adı altında özünü virtual qaz ticarəti nöqtəsi (VTP) olaraq təqdim etməyi hədəfləyir
Energetika
6 Fevral , 2021 13:27
Türkiyənin təbii qaz anbarlarının həcmi 3 dəfə artırılacaq

Türkiyə spot qaz bazarında “Istanbul Benchmark” (etalon qiymət) adı altında özünü virtual qaz ticarəti nöqtəsi (VTP) olaraq təqdim etməyi hədəfləyir.

Bunu “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, Türkiyənin bir çox ölkənin təbii qazını “Istanbul Benchmark” olaraq qiymətləndirməsini istəməsi, bölgədə daha yaxşı qaz rəqabətinə və ya regiondakı hər hansı likvidliyə yol açacaq.

Türkiyə Xarici İşlər Nazirliyinin enerji müşaviri Caner Can hesab edir ki, Türkiyənin təbii qaz infrastrukturun daha da güclənməsi əlavə investisiyalar hesabına baş verir: “Türkiyənin təbii qaz anbarlarının həcmi 2023-cü ilin sonuna qədər 3 qat artacaq”.

Qeyd edək ki, Avropanın başlıca qaz satışı mərkəzi olan TTF-də qiymətlər yanvar ayındakı 257 USD/1000 kubmetrə qarşı fevralın əvvəlindən bu yana 225-227 ABŞ dolları səviyyəsindədir.

Xatırladaq ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

2020-ci il ərzində Azərbaycan Türkiyəyə 21 % çox, yəni 11,1 mlrd kubmetr qaz ixrac edib. TANAP ilə Türkiyəyə bu müddətdə 4,7 mlrd kubmetr qaz nəql olunub. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 1,9 mlrd kubmetr və ya 68,8 % çoxdur.

Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi, Cənub Qaz Dəhlizinin bir seqmenti olaraq, Xəzər Dənizində Azərbaycana aid olan “Şahdəniz” qaz yatağından hasil olunan təbii qazı Türkiyə və Avropaya nəql edir. Ana xəttinin uzunluğu 1 850 kilometr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Ardahan bölgəsindən başlayaraq, Ardahan, Qars, Erzurum, Erzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Edirne daxil olmaqla 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçir, Türkiyənin Yunanıstan ilə sərhədində Edirnenin İpsala qəsəbəsində sona çatır. Bu nöqtədə Avropa ölkələrinə təbii qaz nəql edəcək TAP Təbii Qaz Boru Kəmərinə birləşir. Eskişehir və Trakyada Türkiyənin ölkədaxili təbii qaz ötürücü şəbəkəsinə bağlanmaq üçün iki çıxış nöqtəsi var.

Cənub Qaz Dəhlizi 3 500 km uzunluğunda olan üç boru kəmərini birləşdirir. Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəmərlərində bütün tikinti işləri artıq başa çatıb. Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qaz bu boru kəmərləri vasitəsi ilə artıq Türkiyə bazarına çatdırılır və ötən ilin sonundan etibarən Avropa bazarlarına da daşınır.

Son xəbərlər

Orphus sistemi