Bakı. 18 mart. REPORT.AZ/ Türkiyə Cümhuriyyəti olaraq, Trans Anadolu Boru Kəməri (TANAP), “Star” Neft Emalı Zavodu, “Petlim” konteyner limanın inşasını daim dəstəkləmişik və bu dəstəyimiz davam etməkdədir. “Report”un xəbərinə görə, bunu “SOCAR Energy Türkey“in prezidenti Kənan Yavuzla "Petkim PetroKimya Holding A.Ş.”ni ziyarət edən Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş deyib.
M.Elitaşın sözlərinə görə, hər iki ölkə arasında reallaşmaqda olan böyük investisiya layihələri Türkiyə və Azərbaycanın əlaqələrini daha da möhkəmləndirəcək.
Türkiyəli nazir Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin, SOCAR-ın investisiyaları ilə fərqli bir ölçü qazandığını bildirərək, Ankarada baş verən terror aktından sonra Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya gələrək həm başsağlığı verdiyini, həm də 6 strateji razılaşmaya imza atıldığını xatırladıb.
M.Elitaş Türkiyə və Azərbaycanın "Bir millət, iki dövlət" idealını bölüşməsi ilə birlikdə, iki strateji ortaq ölkə olduğunu vurğulayaraq, "Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin yaşadığı mənfur terror hücumu sonrası Ankaraya gəlmiş və hörmətli prezidentimizə başsağlığı diləklərini çatdırmışdır. Terror hücumu səbəbindən Bakıda keçirilməsi planlaşdırılan 5-ci Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yığıncağı cənab Əliyevin tələbi ilə Ankarada baş tutdu və Azərbaycan Prezidenti Ankaraya gələrək bir tərəfdən kədərimizi paylaşdı, digər tərəfdən də strateji əməkdaşlıq yığıncaqları həyata keçirilərək iki ölkə arasında altı razılaşma imzalandı. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyev keçirdikləri birgə mətbuat konfransı ilə bu razılaşmaları açıqladılar" deyib.
Kənan Yavuz isə bildirib ki, hər iki ölkə üçün əhəmiyyətli olan bu layihələrdə işlər planlaşdırılmış şəkildə davam etdirilir. Onun sözlərinə görə, beynəlxalq maliyyə institutları “Star” Neft Emal Zavoduna 18 il müddətinə 3,3 mlrd. ABŞ dolları həcmində maliyyə ayırıblar ki, bu da Türkiyədə real sektorun tarixində ən uzunmüddətli layihədir: “2018-ci ildə fəaliyyətə başlayacaq emal zavodu Türkiyənin idxalının azalmasına səbəb olacaq və bu zavod Türkiyədə ildə 10 mln. ton həcmində neft emal edə biləcək ilk özəl müəssisə olacaq”.
Nümayəndə heyəti ilə birlikdə Petkim yarımadasını ziyarətində nazir deyib ki, SOCAR Türkiyənin ən böyük birbaşa xarici sərmayəçi şirkətidir. Petkim yarımadasında davam edən və "Neft Emalı-Petrokimya-Enerji-