Türkiyəli nazir müavini: “Gündəlik qaz hasilatı 40 milyon kubmetrə çatdırılacaq”

Energetika
  • 03 iyun, 2025
  • 10:09
Türkiyəli nazir müavini: “Gündəlik qaz hasilatı 40 milyon kubmetrə çatdırılacaq”
Əhməd Berat Çonkar

Türkiyə gündəlik qaz hasilatını 40 milyon kubmetrə çatdırmağı hədəfləyir.

“Report” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Əhməd Berat Çonkar Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, heç bir ölkə enerji təhlükəsizliyini təkbaşına qura bilməz: "Biz yalnız davamlı əməkdaşlıq yolu ilə bunu həyata keçirə bilərik. Türkiyənin Avropa ilə Asiya arasında kəsişmədə yerləşməsi ölkəyə ticarət qovşağı rolunu oynamağa imkan verir. Türkiyə enerjin sahəsi ilə bağlı infrastruktura böyük investisiya yatırıb".

O qeyd edib ki, enerji təhlükəsizliyi Türkiyənin strategiyasının əsasını təşkil edir: "Türkiyə 2053-cu ilə qədər 0 % emissiya öhdəliyi götürüb. 2035-ci ilə qədər bərpa olunan enerji istehsalını 30 giqavatdan 120 giqavata qədər artıracağıq bu məqsədlə 120 milyard dollar investisya tələb olunur"

Nazir müavini deyib ki, ölkəsi hazırda gündəlik 9,5 milyon kubmetr qaz hasil edir: "Osman qazi" yatağında gündəlik hasilatın 11 milyon kubmetr olacağı planlaşdırılır. Türkiyənin məqsədi qaz hasilatını gündəlik 40 milyon kubmetrə çatdırmaqdır. Burada "Sakarya" qaz yatağı xüsusi rol oynayır".

Son xəbərlər

Bütün Xəbər Lenti