Türkiyə hökuməti “Türk axını” ilə bağlı təlimat verib

Türkiyə hökuməti “Türk axını” ilə bağlı təlimat verib Baş nazir: "Layihənin icrasına məsul olan bütün qurumlar maksimum sürətli, effekti çalışmalıdır"
Energetika
5 Aprel , 2017 14:36
Türkiyə hökuməti “Türk axını” ilə bağlı təlimat verib

Bakı. 5 aprel. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım “Türk axını” qaz boru xətti layihəsinin nəzərdə tutulan müddətdə həyata keçirilməsi üçün bütün dövlət qurum və təşkilatları ilə əlaqələndirmənin gücləndirilməsi ilə bağlı müvafiq təlimat verib.

“Report” xəbər verir ki, bu barədə “Resmi gazete”nin bugünkü nömrəsində dərc olunub.

Xatırladılıb ki, quruda və dənizdə ümumilikdə 4 boru xəttindən ibarət olacaq layihənin dəniz hissəsindəki iki boru xəttinin layihələndirmə, tikinti və idarə edilməsi işləri “South Stream Transport B. V.” şirkəti tərəfindən icra olunacaq, layihənin quru hissəsinin 1 bölümü isə "BOTAŞ" tərəfindən inşa ediləcək: “Eyni zamamda, quru hissəsinin digər bölümü ilə bağlı işlər yaxın vaxtlarda hər iki tərəfin müəyyənləşdirəcəyi qurumlarla ortaq olaraq yaradılması planlaşdırılan şirkət tərəfindən icra olunacaq”.

Sənəddə qeyd olunub ki, layihənin icrasına məsul olan bütün qurumlar maksimum sürətli, effekti çalışmalıdır: “Türkiyənin öhdəliklərinin vaxtında və layiqincə yerinə yetirilməsi üçün layihə çərçivəsiində dövlət qurumları işləri sürətlə yerinə yetirməlidir. Layihənin icrası zamanı torpaq haqları ilə məşğul olmaq üçün xüsusi şöbə yaradılacaq”.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında “Türk axını” qaz kəməri layihəsi üzrə saziş 2016-cı il oktyabrın 10-da imzalanıb. Sənəddə Qara dənizin dibi ilə iki xəttin tikintisi məsələsi əksini tapıb. Xətlərin hər biri ilə ildə 15,75 mlrd. kubmetr qaz nəqli planlaşdırılır. Boru xəttinin qollarından biri ilə nəql olunan qaz Türkiyə bazarına, digəri ilə nəql olunan qaz isə Avropa ölkələrinə çatdırılacaq. İkinci qolun həyata keçirilməsi Avropanın Rusiya qazına marağından və bu barədə zəmanətindən asılı olacaq.

Son xəbərlər

Orphus sistemi