Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi noyabrda 8 %-ə yaxın artıb

Energetika
  • 23 dekabr, 2024
  • 10:45
Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi noyabrda 8 %-ə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 204,061 milyon barel neft nəql edilib.

“Report” Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin 11 ayı ilə müqayisədə 5,311 milyon barel və ya 2,54 % azdır.

Bu ilin noyabr ayında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 20,116 milyon barel neft nəql edilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 1,450 milyon barel və ya 7,77 % çoxdur.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.