“Türk axını” kəmərinin dəniz hissəsinin 700 km-i inşa olunub
Energetika
- 04 yanvar, 2018
- 11:17
Bakı. 4 yanvar. REPORT.AZ/ “Türk axını” boru kəmərinin Qara dənizin dibi ilə uzanan iki xətti üzrə 700 km-dən çox hissəsində borular düzülüb.
“Report” “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Gazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller bildirib.
O qeyd edib ki, “Türk axını” boru kəmərinin inşası fəal şəkildə davam etdirilir. Qeyd edək ki, “Gazprom” ötən il mayın 7-də “Türk axını” kəmərinin dəniz hissəsinin tikintisinə başlayıb.
2016-cı il oktyabrın 10-da Rusiya və Türkiyə “Türk axını” layihəsi üzrə hökumətlərarası saziş imzalayıb. Sənəddə Qara dənizin dibi ilə iki xəttin tikintisi məsələsi əksini tapıb. Xətlərin hər biri ilə ildə 15,75 mlrd. kubmetr qaz nəqli planlaşdırılır.
Son xəbərlər
19:40
Ayxan Abbasov: "Futbolçuların Fransa millisinə qarşı yaxşı mübarizə aparacağına inanıram"
Futbol19:35
Azərbaycan millisinin futbolçusu: "İnanıram ki, Fransa ilə matçda nəticə qazana bilərik"
Futbol19:25
Avropa çempionatı: Azərbaycanın U-19 yığması ikinci matçda da məğlub olub
Futbol19:11
Mərkəzi Asiya ölkələrinin XİN başçılarının görüşündə müzakirə olunan məsələlər açıqlanıb - YENİLƏNİB
Xarici siyasət18:57
KİV: "Tesla" öz təchizatçılarından Çində hazırlanan hissələrdən istifadəni dayandırmağı tələb edib
Digər ölkələr18:26
İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB
Digər ölkələr18:17
Foto
20 yaşadək cüdoçular arasında Bakı birinciliyinə start verilib
Fərdi18:17
Foto
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Xarici siyasət18:00