Tovuzun 8 kəndinin elektrik şəbəkəsi yenidən qurulub

Tovuzun 8 kəndinin elektrik şəbəkəsi yenidən qurulub Tovuz rayonun Papaqçılar, Ağdam, Qaradaş, Ağbaşlılar, Mürkülü, Səfərli, Qandallar, Əyyublu kəndlərində elektrik şəbəkəsinin yenidənqurma işləri başa çatdırılıb.
Energetika
8 Avqust , 2024 13:01
Tovuzun 8 kəndinin elektrik şəbəkəsi yenidən qurulub

Tovuz rayonunun Papaqçılar, Ağdam, Qaradaş, Ağbaşlılar, Mürkülü, Səfərli, Qandallar, Əyyublu kəndlərində elektrik şəbəkəsinin yenidənqurma işləri başa çatdırılıb.

“Report” bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, 3 minə yaxın abonentin yaşadığı Əyyublu kəndinin ərazisində 29 yeni transformator məntəqəsi, eləcə də müasir sayğaclar quraşdırılıb, 0,410 kV-luq dayaqlar basdırılıb və Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib.

Bildirilir ki, Aşağı Quşçu, Ağbulaq və Göyəbaxan kəndlərində, eyni zamanda 110/35/10 kV-luq “Qovlar” və 110/35/6 kV-luq “Tovuz” yarımstansiyalarında yenidənqurma işləri davam edir. Kəndlərdə istismar müddətini başa vurmuş 0,4, 610 kV-luq dayaqlar və elektrik veriliş xətləri, eləcə də transformator məntəqələri tam yenidən qurulur. Yaxın gələcəkdə daha 7 kəndin elektrik şəbəkəsinin yenilənməsi işlərinə başlanılacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Tovuz rayonun ən ucqar dağ kəndlərinin belə elektrik şəbəkəsi yenidən qurulur.

Son xəbərlər

Orphus sistemi