“TotalEnergies”in icraçı direktoru: “Naxçıvanın innovativ enerji sahəsində potensialı böyükdür”

“TotalEnergies”in icraçı direktoru: “Naxçıvanın innovativ enerji sahəsində potensialı böyükdür” “Naxçıvan möhtəşəm diyardır. Burada olduğum üçün şadam. Biz inanırıq ki, Naxçıvanın innovativ enerji sahəsində böyük potensialı var”.
Energetika
3 İyun , 2023 20:15
“TotalEnergies”in icraçı direktoru: “Naxçıvanın innovativ enerji sahəsində potensialı böyükdür”

“Naxçıvan möhtəşəm diyardır. Burada olduğum üçün şadam. Biz inanırıq ki, Naxçıvanın innovativ enerji sahəsində böyük potensialı var”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “TotalEnergies”in icraçı direktoru Reqis Aqut deyib.

“Biz muxtar respublika ərazisində günəş panellərinin quraşdırılmasında maraqlıyıq və bu sahədə araşdırma işlərini sürətləndirməyə ümid edirik. İmzaladığımız memorandum da bu potensialı araşdırmağa hesablanıb. Ümid edirəm ki, bu layihə Naxçıvanı yaşıl enerji zonasına çevirəcək və böyük ixrac potensialı yaranacaq”, - o diqqətə çatdırıb.

Qeyd edək ki, Energetika Nazirliyi və “TotalEnergies Renewables SAS” şirkəti arasında “250 MVt gücündə quruda külək, Naxçıvan MR-da 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Son xəbərlər

Orphus sistemi