TAP yay fasiləsindən sonra tikinti işlərini bərpa edəcək

Energetika
  • 22 oktyabr, 2018
  • 07:06
TAP yay fasiləsindən sonra tikinti işlərini bərpa edəcək

Bakı.22 oktyabr. REPORT.AZ/ Yay fasiləsindən sonra Trans Adriatik boru kəmərinin(TAP) tikintisi üzrə işlərin layihənin İtaliya üzrə son hissəsinin tamamlanmasıməqsədi ilə bərpa edilməsi planlaşdırılır.

Bubarədə "Report"a TAP-ın kommunikasiya şöbəsinin rəhbəri Liza Givertbildirib.

"TAPbütün fəaliyyət növləri üzrə səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmişƏtraf Mühitin Monitorinqi Layihəsində müəyyən edilmiş çərçivədə işləyəcək",- L.Givert deyib.

Onunsözlərinə görə, TAP-ın icrası qrafik üzrə gedir və boru kəməri 2020-ci ildə Azərbaycanın "Şahdəniz-2" qaz-kondensatyatağından ilk qazı almağa hazır olacaq.

Qeydedək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə"Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın  ildə 10 mlrd. kubmetrinin ilkin olaraq Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstansərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq vəYunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədəruzanacaq.

TAP layihəsinin ümumi dəyəri 4,5 mlrd.avro qiymətləndirilir.

TAP-ıninşasının 2020-ci ildə yekunlaşdırılacağı və elə həmin ildə ilk Azərbaycanqazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

 

Son xəbərlər

Bütün Xəbər Lenti