TAP bu həftə Yunanıstan və İtaliya üçün qaz tədarükü həcmlərini açıqlayıb
- 24 iyul, 2023
- 12:07
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən iyulun 24-də qaz tədarükü üçün 333 milyon 305 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Qeyd olunur ki, iyulun 25-dən 30-nədək də hər gün üçün qaz tədarükü sifarişləri 331 milyon 019 min 866 kVt/saat təşkil edib.
Yunanıstanın Komotini çıxış nöqtəsindən iyulun 24-ü üçün sifarişlər 28 milyon 674 min 418 kVt/saat həcmindədir. İyulun 25-dən 30-nədək də hər gün üçün gündəlik sifarişlər 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən isə iyulun 24-dən 30-nədək hər gün üçün 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.
İtaliyanın Melenduqnoya çıxış növqtəsinə gəlincə isə, qazın tədarükü üçün iyulun 24-dən 30-nədək isə 276 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər edilib.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.