​Taner Yıldız: "SOCAR bazardakı durğunluqdan ehtiyat edir"

​Taner Yıldız: "SOCAR bazardakı durğunluqdan ehtiyat edir" Rusiya və Türkiyə Bakı görüşündə qaz məsələsini müzakirə edəcək
Energetika
10 İyun , 2015 16:11
​Taner Yıldız: SOCAR bazardakı durğunluqdan ehtiyat edir

Bakı. 10 iyun. REPORT.AZ/ İyunun 7-də parlament seçkilərinin keçirildiyi Türkiyədə dövlət qurumları hələ fəaliyyətini normal qaydada davam etdirir. "Report" Türkiyə mediasına istinadən xəbər verir ki, bunu enerji və təbii sərvətlər naziri Taner Yıldız deyib: "Əgər fəaliyyətimizin sonuna 1 saat, yaxud 1 ay qalsa, yenə də öz işimizi sonadək yerinə yetirəcəyik".

T.Yıldız birjalardakı qeyri-müəyyənlik nəticəsində "SOCAR-Turkey" şirkətinin "Petkim Holding"dəki səhmlərinin bir hissəsini satmaqdan imtina etməsinə də münasibət bildirib: "Siyasi sabitlik ən çox sərmayədarlar, beynəlxalq investorlar tərəfindən təqib edilir. Ola bilər ki, SOCAR siyasi, sosial, idarəetmə və başqa sahələrdə vəziyyətin durğunluq halına çatacağından ehtiyat edir. Bu həftənin cümə-şənbə günlərində bu məsələni müzakirə edəcəyik".

Nazir Türkiyə ilə Rusiya arasında qaz idxalı sahəsində ("Türk axını" layihəsi çərçivəsində) əməkdaşlığa dair Bakıda keçiriləcək görüşlərə də münasibət bildirib: "Artıq təbii qazın qiyməti məsələsinin müzakirəsi bitib və Bakıda onun imzalanması məsələsi müzakirə ediləcək. Qiymətlər isə Rusiyanın bizə əvvəllər satdığı qazın qiymətindən 10,25% ucuz olacaq".

Xatırladaq ki, iyunun 13-də I Avropa Oyunlarının Açılış mərasimindən sonra Türkiyə və Rusiya prezidentləri Bakıda görüşəcəklər.

Son xəbərlər

Orphus sistemi