​Süleyman Qasımov: "SOCAR-ın Monteneqroda nə bankı, nə də istirahət mərkəzi var"

​Süleyman Qasımov: "SOCAR-ın Monteneqroda nə bankı, nə də istirahət mərkəzi var" Kumbor adasındakı istirahət mərkəzi Azərbaycan tərəfinə ötürülür
Energetika
27 Oktyabr , 2015 10:33
​Süleyman Qasımov: SOCAR-ın Monteneqroda nə bankı, nə də istirahət mərkəzi var

Bakı. 27 oktyabr. REPORT.AZ/ Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Monteneqroda bank və ya istirahət mərkəzi şəklində heç bir aktivi yoxdur. "Report" xəbər verir ki, bunu SOCAR-ın iqtisadi məsələlər ürə vitse-prezidenti Süleyman Qasımov bildirib: "SOCAR-ın Monteneqroda nə bankı, nə də istirahət mərkəzi var".

S.Qasımov qeyd edib ki, şirkət bu ölkənin Kumbor adasındakı hərbi bazanı istirahət mərkəzinə çevirmək layihəsində iştirakçı olub. Onun sözlərinə görə, indi isə həmin layihə Azərbaycan tərəfinə ötürülür.

Qeyd edək ki, SOCAR 2012-ci ildə Monteneqronun Kumbor ərazisindəki “Orijen Battalion” hərbi bazasını istirahət mərkəzinə çevirməsi üçün icarəyə götürüb. Turizm-kurort kompleksinin dəyəri 281,2 mln. dollar həcmində qiymətləndirilir. Layihəni "Azmont Investments" şirkəti reallaşdırır.

Bu yaxınlarda isə SOCAR-ın Monteneqroda bank açmağı planlaşdırdığı barədə məlumatlar yayılmışdır.

Son xəbərlər

Orphus sistemi