STAR zavodu xam neft idxalını 3 %-ə yaxın azaldıb

Energetika
  • 28 mart, 2024
  • 06:58
STAR zavodu xam neft idxalını 3 %-ə yaxın azaldıb

Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 939 min 838 tondan çox xam neft idxal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir. Bu, Türkiyəyə idxal edilən xam neftin 24,54 %-i deməkdir.

STAR zavodu üçün idxal edilən neftin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 26 min 831 ton və ya 2,77 % az olub.

Bu ilin yanvar ayında Türkiyədə neft məhsulları istehsal edən neft emalı zavodları tərəfindən 2 milyon 420 min 114 tondan çox xam neft idxal edilib. Bu, bir il əvvəlki göstərici ilə müqayisədə 164 min 268 ton və ya 7,28 % çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

Son xəbərlər

Bütün Xəbər Lenti