STAR-da yerüstü boruların 98%-i montaj olunub

STAR-da yerüstü boruların 98%-i montaj olunub Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun (NEZ) yerüstü borularının 98%-nin montajı başa çatıb.
Energetika
28 Dekabr , 2017 14:50
STAR-da yerüstü boruların 98%-i montaj olunub

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun (NEZ) yerüstü borularının 98%-nin montajı başa çatıb.

“Report” bu barədə Şirkətə istinadən xəbər verir.

“STAR neft emalı zavodunda ümumi çəkisi 55 min ton olan yerüstü boruların 98%-nin montajı nəhəng kranlardan istifadə edilərək tamamlanıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, STAR neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodun 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Zavod istifadəyə verildikdən sonra ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. Zavod fəaliyyətə başladıqdan sonra burada ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və digər məhsullar istehsal olunacaq.

Son xəbərlər

Orphus sistemi