Kiyevdə iki ​"SOCAR" yanacaqdoldurma məntəqəsi açılacaq

Kiyevdə iki ​"SOCAR" yanacaqdoldurma məntəqəsi açılacaq Yanacaqdoldurma məntəqələri Brovarski prospektində və Stoliçnıy şossesində yerləşəcək
Energetika
31 Oktyabr , 2015 10:25
Kiyevdə iki ​SOCAR yanacaqdoldurma məntəqəsi açılacaq

Bakı. 31 oktyabr. REPORT.AZ/ Yaxın zamanlarda Ukraynada "SOCAR" brendi ilə yeni iki yanacaqdoldurma məntəqəsi (YDM) açılacaq.

"Report"un "OilNews"a istinadən verdiyi xəbərə görə, bu məntəqələr Kiyevdə - Brovarski prospektində və Stoliçnıy şossesində yerləşəcək.

Qeyd edək ki, 2008-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynada nümayəndəlik açıb. Şirkət bu ölkədə "SOCAR Energy Ukraine" adı ilə fəaliyyət göstərir.

Ukraynada "SOCAR" brendi ilə ilk yanacaqdoldurma məntəqəsi isə 2010-cu ildə Odessa şəhərində açılıb.

Hazırda Ukraynanın 27 yaşayış məntəqəsində "SOCAR" brendi ilə 53 YDM fəaliyyət göstərir. Şirkətin aktivləri Kiyev, Odessa, Lvov, Nikolayev, Roven, Çerkassı, Xarkov, Xmelnitski və Poltava vilayətlərində yerləşir.

Son xəbərlər

Orphus sistemi