​SOCAR yanvarda ixrac etdiyi məhsulun miqdarını açıqlayıb

​SOCAR yanvarda ixrac etdiyi məhsulun miqdarını açıqlayıb 2015-ci ilin yanvarında DT yanacağı, sürtgü yağları, neft bitumu, aşqar (depressor AKİ) və ağır piroliz qətranı ixrac edilməyib
Energetika
2 Fevral , 2015 14:54
​SOCAR yanvarda ixrac etdiyi məhsulun miqdarını açıqlayıb

Bakı. 2 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 205 447,926 metrik ton neft məhsulu ixrac edilib. 

SOCAR-dan "Report"a bildirilib ki, idxal edilən məhsulun 111 157, 185 metrik tonu, yaxud 54,1%-i dizel yanacağının, 15 991,669 metrik tonu və ya 7,8%-i təyyarə yanacağının, 78 120,236 metrik tonu, yaxud 38%-i vakuum qazoylun, 178,836 metrik tonu və ya 0,1%-i isə soba mazutunun payına düşür.

Məlumata görə, 2015-ci ilin yanvarında DT yanacağı, sürtkü yağları, neft bitumu, aşqar (depressor AKİ) və ağır piroliz qətranı ixrac edilməyib.

Son xəbərlər

Orphus sistemi