SOCAR və “Özbəkneftqaz” arasında yol xəritəsi imzalanıb

SOCAR və “Özbəkneftqaz” arasında yol xəritəsi imzalanıb Azərbaycan Dövlət Neft Şirkəti və Özbəkistanın “Özbəkneftqaz” şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üzrə Yol xəritəsi imzalanıb
Energetika
5 İyul , 2022 14:39
SOCAR və “Özbəkneftqaz” arasında yol xəritəsi imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın “Özbəkneftqaz” şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üzrə yol xəritəsi imzalanıb.

“Report”un məlumatına görə, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, SOCAR prezidenti vəzifəsininin müvəqqəti icraçısı Rövşən Nəcəf özünün “Twitter” hesabında yazıb.

R. Nəcəf qeyd edib ki, “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri Mehriddin Abdullayev ilə keçirilən görüşdə iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi üzrə yol xəritəsi imzalanıb.

Yol xətitəsini “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri Mehriddin Abdullayev və SOCAR prezidenti vəzifəsininin müvəqqəti icraçısı Rövşən Nəcəf imzalayıblar.

Qeyd edək ki, R. Nəcəf bu gün nümayəndə heyətinin tərkibində Özbəkistana səfər edib.

Son xəbərlər

Orphus sistemi