SOCAR Ukraynanın Müdafiə Nazirliyinə aviasiya yanacağı tədarük edəcək

Energetika
  • 13 may, 2020
  • 08:56
SOCAR Ukraynanın Müdafiə Nazirliyinə aviasiya yanacağı tədarük edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” bu ölkənin Müdafiə Nazirliyinin 14,5 min ton həcmində reaktiv yanacağın alınması ilə bağlı elan etdiyi tenderin bir lotunun qalibi olub.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “ProZorro” sisteminin məlumatında deyilir.

Bildirilir ki, “SOCAR Ukraine” şirkəti Müdafiə Nazirliyinin reaktiv yanacağın alınması ilə bağlı keçirdiyi tenderdə ən aşağı qiymətləri təklif edib. Belə ki, Azərbaycan şirkəti bir lotda 3 700 ton yanacağı hər ton üçün 12 162,1 qrivnaya tədarük edəcək.

“SOCAR Ukraine”dən başqa lotun qalibləri “OKKO Kontrakt” və “Avia Oil” şirkətləri olublar. Yanacağın tədarükü müqavilə bağlanandan 60 gün ərzində həyata keçiriləcək.