“SOCAR Trading” “J.P.Morgan”ın real vaxtda hesabatlılıq həllini qəbul edib

“SOCAR Trading” “J.P.Morgan”ın real vaxtda hesabatlılıq həllini qəbul edib Mürəkkəb İT sistemlərin tətbiqi “SOCAR Trading”in uğurlu qlobal enerji ticarəti şirkətlərindən biri olmaq statusunda layiqincə inam qazandırıb
Energetika
5 Fevral , 2021 12:31
“SOCAR Trading” “J.P.Morgan”ın real vaxtda hesabatlılıq həllini qəbul edib

Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi olan “SOCAR Trading” şirkəti xəzinədarlıq funksiyasına real vaxtda hesabatlılığı aparmaq üçün yeni həllini tətbiq edib.

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, “J.P. Morgan”a məxsus “APİ İnsight” həlli "SOCAR Trading” tərəfindən həyata keçirilmiş bir sıra mühüm İT infrastruktur investisiyalarının sonuncusudur.

Məlumata görə. “SOCAR Trading” mürəkkəb İT sistemlərin tətbiqinə xeyli zaman və vəsait xərcləyib, həmçinin rəqəmsallaşdırılmış daxili nəzarət sistemi şirkətə çeviklik verir ki, bu da şirkətin uğurlu qlobal enerji ticarəti şirkətlərindən biri olmaq statusunda layiqincə inam qazandırıb.

“SOCAR Trading Group”un Xəzinədarlıq müdiri Klement Brikettinin (Clement Briquetti) sözlərinə görə, ”J.P. Morgan”ın “APİ Insight“ həlli şirkətə pul vəsaitləri və digər bank məlumatları haqqında vaxtında məlumat əldə etmək üçün lazım olan çeviklik, şəffaflıq və uyğunlaşma imkanı verib: “Biz biznesimiz üçün API-ni ilk qəbul edənlər olmaq üçün “J.P. Morgan” ilə əməkdaşlıq etdiyimizdən məmnunuq".

“J.P. Morgan Treasury Services API” “SOCAR Trading”in qlobal biznesində istifadə etdiyi tələbə uyğun məlumatları real vaxtda bölüşmək üçün bünövrədir.

Qeyd edək ki, API nağd vəsaitlərin idarəetməsi və ödəmə hesabatları üçün nəzarət edə bilən həllər təqdim edir. “SOCAR Trading” hesab qalığına, əməliyyat fəaliyyətinə, istifadəçi statuslarına və hüquqlarına dərhal daxil olmaqla yerli masaüstü kompüterlərdə real vaxt, qlobal bank məlumatlarını izləyə biləcək.

Xatırladaq ki, “SOCAR Trading” COVID-19 pandemiyası səbəbi ilə kənardan işlərə yönəldikcə, şirkət işçilər üçün sürətli və fasiləsiz bir keçid təmin edərək həyati vacib bir IT infrastrukturuna sürətli və rahat bir şəkildə yatırım edib.

Son xəbərlər

Orphus sistemi