"SOCAR Trading": Dünya bazarında neftin qiyməti 40-60 dollar/barel olacaq

"SOCAR Trading": Dünya bazarında neftin qiyməti 40-60 dollar/barel olacaq Şirkətin baş icraçı direktoru Arzu Əzimovun fikrincə, bu qiymət koridoru uzun müddət davam edəcək
Energetika
26 Sentyabr , 2017 18:15
SOCAR Trading: Dünya bazarında neftin qiyməti 40-60 dollar/barel olacaq

Bakı. 26 sentyabr. REPORT.AZ/ Qlobal neft bazarı üçün 40-60 dollar/barel qiyməti hazırkı bazarın reallığıdır. 

“Report”un “Financial Times”ə istinadən verdiyi xəbərə görə, bunu “SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimov deyib.

A.Əzimov dünya bazarında xam neftin qiymətinin qalxması ilə bağlı məsələyə də toxunub: “Bu koridor uzun müddət davam edəcək”.

“Trafigura Group”un eksperti Ben Lakok (Ben Luckock) da qarşıdakı bir neçə ildə neft qiymətlərinin 40-60 dollar/barel arasında dəyişəcəyini qeyd edib.

“Vitol” şirkətinin rəhbəri Kristofer Beyk (Christopher Bake) də FT-yə açıqlamasında real bazar şəraitində neftin hər barelinin 40-60 dollar aralığında satılacağını proqnozlaşdırır.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu (IMF) da dünya bazarında neftin qiymətinin qarşıdakı iki ildə 50-60 dollar/barel civarında dəyəşəcəyini proqnozlaşdırmışdır.

Son xəbərlər

Orphus sistemi