SOCAR Supsa və Novorossiyskdən neft ixracını artırıb

SOCAR Supsa və Novorossiyskdən neft ixracını artırıb Ceyhan limanından isə apreldə xam neftin ixracı azalıb
Energetika
1 May , 2015 17:00
SOCAR Supsa və Novorossiyskdən neft ixracını artırıb

Bakı. 1 may. REPORT.AZ/ Bu ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Novorossiysk limanından (Qara dəniz, Rusiya) ixrac edilmək üçün 84 701,247 ton xam neft yüklənib ki, bu da həmin dövrdə həyata keçirilən ümumi neft ixracının 4,95%-nə bərabərdir.

SOCAR-dan "Report"a verilən məlumata görə, Novorossiyskdən ixrac edilən xam neftin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,26% artıb.

Aprel ayı ərzində Supsa limanından (Qara dəniz, Gürcüstan) ixrac edilən xam neftin həcmi 2014-cü ilin aprelinə nisbətən 5,01% artaraq 254 164,238 tona bərabər olub ki, bu da ixrac edilən ümumi xam neftin 14,87%-i deməkdir.

Bu ilin aprelində Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) yüklənən xam neftin həcmində isə azalma müşahidə edilib. Belə ki, ötən ilin eyni dövrünə nisbətən bu limandan yüklənən xam neftin həcmi 34,29% azalaraq 1 370 882,696 tona çatıb ki, bu da xam neft ixracının 80,18%-nə bərabərdir.

Xatırladaq ki, hesabat ayında SOCAR tərəfindən hər 3 limandan ixrac edilən xam neftin həcmi 29,14% azalaraq 1 709 748,181 tona bərabər olub.

Son xəbərlər

Orphus sistemi