"SOCAR-STP"nin istehsal imkanları beynəlxalq tərəfdaşlara təqdim olunub

"SOCAR-STP"nin istehsal imkanları beynəlxalq tərəfdaşlara təqdim olunub Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, BP AGT, KJOC, "PETRONAS Azerbaijan", "Baker Hughes", "TotalEnergies", "NICO Azerbaijan", "Equinor", "Schlumberger", CAMERON, "Sumqayıt Texnologiyal
Energetika
19 Oktyabr , 2021 17:32
SOCAR-STPnin istehsal imkanları beynəlxalq tərəfdaşlara təqdim olunub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, BP AGT, KJOC, "PETRONAS Azerbaijan", "Baker Hughes", "TotalEnergies", "NICO Azerbaijan", "Equinor", "Schlumberger", CAMERON, "Sumqayıt Texnologiyalar Parkı" MMC (STP) və JOCAP şirkətlərinin rəhbərləri "SOCAR-STP" MMC-də olublar.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, səfərin məqsədi "SOCAR-STP"nin müasir standartlara uyğun yaratdığı istehsalat və xidmət imkanları ilə ölkəmizdə fəaliyyət göstərən aparıcı şirkətləri tanış etmək olub. İndiyə qədər Azərbaycanda həyata keçirilən layihələrdə avadanlıqların bir hissəsi mürəkkəb loqistika şəraitində ölkəmizə idxal olunurdusa, artıq bir çoxunu SOCAR-STP ölkə daxilində istehsal edir və beynəlxalq şirkətlərin həyata keçirdiyi böyük layihələrdə istifadə oluna bilər. Bu günlərdə "SOCAR-STP" şirkəti tanınmış Amerika Neft İnstitutunun (API) Monoqram Proqramı üzrə üç istehsal istiqaməti - fırlanan qazma komponentləri (API Spec 7-1), qazma yivləri və birləşməsi (API Spec 5CT), quyu başlığı və fontan armaturu məhsulları (API Spec 6A) üzrə sertifikatlara layiq görülüb. Bununla da "SOCAR-STP" API tərəfindən istehsal sertifikatlarına layiq görülən ilk yerli şirkət olub.

Qonaqlara ağır maşınqayırma zavodunun termik emal sobasının, təzyiq tutumlarının istehsalı, istilik dəyişdiricilərinin istehsalı və təmiri, kran istehsalı, mexaniki emal, neft və qaz avadanlıqlarına xidmət sahələrində, koordinat ölçmə mərkəzində olmuş, onlara müvafiq sahələrin və mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilub. Qeyd olunub ki, termik emal sobası yüksək təzyiqli tutumların qaynaq tikişlərinin gərginliyinin çıxarılması - normallaşdırılması üçün nəzərdə tutulub. Yükgötürmə qabiliyyəti 50 ton həcmində olan sobada maksimum temperatur 750 dərəcə C-dir. Burada 14 ədəd yeraltı və yerüstü çənin istehsalı nəzərdə tutulub. İstilik dəyişdiricilərinin istehsalı və təmirində neft-kimya sənayesində, elektrik stansiyalarında istifadə olunan müxtəlif ölçülü yağ və su soyuducularının təmiri və istehsalının həyata keçirldiyi diqqətə çatdırılıb. Kran istehsalı sahəsində körpülü kranların yığıldığı və işıq dirəklərinin hazırlanması prosesinə baxış keçirən qonaqlara sahədə istehsal olunan kranlar, onların yükqaldırma qabiliyyəti və s. haqqında məlumat verilmiş, neft-qaz avadanlıqlarının xidmət sahəsində isə beynəlxalq API standartlarına uyğun əməliyyatların aparılması nəzərə çatdırılıb. İstehsal olunan avadanlıqların beynəlxalq standartlara uyğun olması onların Azərbaycanda beynəlxalq şirkətlərin iştirakı ilə həyata keçirilən layihələrə cəlb olunması üçün şərait yaradıb.

Dəqiq mexaniki emal zavoduna baş çəkən qonaqlar koordinat ölçmə maşınına baxış keçirmiş, müxtəlif növ və ölçüdə detalların emaldan sonrakı ölçülərinin yoxlanılması prosesi ilə əyani şəkildə tanış olublar. Burada həmçinin mikrorimer qurğusuna və daxili sənədləşmə cihazı da nümayiş etdirilib.

"SOCAR-STP"nin rəhbəri Fərid Ağayev qonaqlara tədbirdə iştirakları üçün minnətdarlığını bildirib və deyib: “Ümüdvaram ki, "SOCAR-STP" yaxın gələcəkdə MDB ölkələrində ən qabaqcıl şirkətlərdən olacaq, Sizin dəstəyinizlə yerli istehsalatın qaldırılması hamımızın borcudur. Həm yerli istehsalatın qaldırılması, həm də yeni müasir tələblərə cavab verən tələbələrin inkişafı istiqamətində hər birimiz dəstək olmalıyıq”.

Tədbirdə çıxış edən R.Abdullayev tez bir zamanda belə bir müəssisənin yaradıldığına görə fəxr etdiyini bildirib: "Ən müasir standartlara cavab verən müəssisə maşınqayırma sənayesinin bərpa olunması məqsədilə yaradılıb. Azərbaycanda neft maşınqayırma sənayesi həmişə yüksək səviyyədə olub. Prezidentin göstərişi ilə SOCAR bu sahənin bərpasında aktiv mövqe tutub. Maşınqayrıma sənayesində yenilik etmək istədik və yerli istehsalı artırmaq üçün bu sənayeyə maksimum dəstək verdik. İndi regionumuzun digər müəssisələrində icrası mümkün olmayan işləri burada görə bilirik. Bu gün xarici tərəfdaşlarımız, SOCAR-ın müəssisə və təşkilatlarının rəhbərləri buradadır. Burada yığışmağın səbəbi odur ki, tərəfdaşlarımız burada yaradılan imkanlarla tanış olsun və yararlana bilsin. Düşünürəm ki, bu müəssisənin gələcəyi parlaq olacaq”.

Yaşar Lətifov "SOCAR-STP"nin Müşahidə Şurasının üzvləri adından çıxış edib, bildirib ki, müəssisə yerli istehsalın inkişafı, idxalın əvəzləşdirilməsi istiqamətində böyük işlər görüb. Həmçinin o, STP-nin rəhbərliyinə minnətdarlığını çatdırıb: "“Amerika Neft İnstitutunun məhsulun tanınması üzrə müvafiq sertifikatlaşdırmanı təsdiq etməsi, APİ Specification 1Q idarəetmə keyfiyyətinin təsdiqlənməsi, eyni zamanda müəyyən məhsullara API monoqramlı sertifikat verilməsi müəssisənin məhsulunun və xidmətlərinin qlobal səviyyədə tanınmasının təsdiqidir. Bunun bəhrəsini yaxın zamanlarda ölkəmizdə də görəcəyik. "SOCAR-STP"də "Açıq qapı" siyasəti aparılır. Bütün orijinal avadanlığın istehsalçılarının evi ola bilər. Bütün bu nailiyyətlər, imkanlar qlobal pandemiya vəziyyətində əldə olunub. Bir milyon adam-saat həcmində işlər tam təhlükəsiz şəraitdə yerinə yetirilib”.

“Bp-Azərbaycanın” prezidenti Qəri Cons ilk öncə bu heyrətamiz yerə dəvət olunduğuna görə tədbir iştirakçılarına minnətdarlığını bildirib və deyib: “Çox qısa zaman kəsiyində belə bir nailiyyət əldə etmək möhtəşəm hadisədir. Belə bir müəssisənin yaradılması Azərbaycan üçün inqilabi xarakter daşıya bilər. Çünki bundan əvvəlki dövrlərdə bütün neft avadanlığı digər ölkələrdən daşınırdı ki. İndi isə bu işlər Azərbaycanda həyata keçiriləcək. Biz müəssisə ilə tanışlıq zamanı bütün işçilərin gənc olmasını müşahidə etdik, bu da regionun və bu sahənin gələcək inkişafından xəbər verir və sözün əsl mənasında onların qarşısında mükəmməl imkanlar açır. İndi isə regionda çalışan digər layihə opertorlarına üzümü tutub deyirəm ki, bu artıq sizin üçün yeganə fürsətdir və bundan faydalanmalısınız. Bu növbəti 25 ildə bizi irəli aparacaq müəssəslərdən biri ola bilər. Belə bir nəticəni əldə etmək, təhlükəsiz icra etmək çox böyük nailiyyətdir”.

Xatırladaq ki, SOCAR və STP-nin hər biri 50% payla ötən il yaratdığı “SOCAR-STP” MDB regionunun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə edir. Birgə müssisənin yaradılması SOCAR və ölkənin ən iri sənaye komplekslərindən olan STP arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təminatı üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi məqsədini daşıyır.

Son xəbərlər

Orphus sistemi