SOCAR "Şahdəniz" və "Cənubi Qafqaz Boru Kəməri"ndəki iştirak payını satıb

SOCAR "Şahdəniz" və "Cənubi Qafqaz Boru Kəməri"ndəki iştirak payını satıb Dövlət Neft Şirkəti (SOCAR) "Şahdəniz" Hasilatın Pay Bölgüsü Sazişindəki 14,35 %-lik iştirak payını "Cənub Qaz Dəhlizi Upstream" MMC-yə satıb.
Energetika
25 İyun , 2023 17:28
SOCAR Şahdəniz və Cənubi Qafqaz Boru Kəmərindəki iştirak payını satıb

Dövlət Neft Şirkəti (SOCAR) "Şahdəniz" Hasilatın Pay Bölgüsü Sazişindəki 14,35 %-lik iştirak payını "Cənub Qaz Dəhlizi Upstream" MMC-yə satıb.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, şirkət həmçinin Cənubi Qafqaz Boru Kəmərindəki 14,35 %-lik iştirak payını "Cənub Qaz Dəhlizi Midstream" MMC-yə ötürüb.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Hazırda “Şahdəniz”də iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02 %), “LUKOYL” (19,99 %), TPAO (19,00%) və NİKO (10,0%).

Son xəbərlər

Orphus sistemi