SOCAR qaz ehtiyatlarına dair məlumatları açıqlayıb
- 22 oktyabr, 2024
- 10:03
Bu ilin yanvar ayının 1-nə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təsdiq edilmiş qaz ehtiyatları 112,786 milyard kubmetr həcmində qiymətləndirilir.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatında bildirilib.
“2024-cü il yanvarın 1-nə olan vəziyyətə görə, şirkətin təsdiq edilmiş qaz ehtiyatları 1 yanvar 2023-cü il tarixinə olan 113,726 milyard kubmetrə qarşı 112,786 milyard kubmetr həcmində qiymətləndirilir. Beləliklə, 2024-cü il yanvarın 1-nə SOCAR-ın təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 0,8 % azalıb", - hesabatda qeyd olunub.
Təsdiq edilmiş qaz ehtiyatlarının ümumi həcmində təsdiq edilmiş və işlənməmiş ehtiyatların həcmi 52,804 milyard kubmetr (+2 %), təsdiq edilmiş və işlənmiş ehtiyatların həcmi 59,982 milyard kubmetr (-3,2 %) təşkil edir.
SOCAR-ın təsdiq edilmiş neft və qaz ehtiyatları 2022-2023-cü illərdə “DeGolyer & MacNaugthon” şirkətinin apardığı tədqiqat və qiymətləndirmə hesabatına istinadən verilib.