SOCAR “Qarabağ” yatağında dəniz özülünün yerini müəyyənləşdirib

SOCAR “Qarabağ” yatağında dəniz özülünün yerini müəyyənləşdirib Hazırda yatağın ilkin işlənmə layihəsi tərtib olunur
Energetika
22 Sentyabr , 2017 13:26
SOCAR “Qarabağ” yatağında dəniz özülünün yerini müəyyənləşdirib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu il Xəzərin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağında mühəndis-axtarış işlərini başa çatdıraraq, dəniz özülünün yerini müəyyən edib.

“Report” xəbər verir ki, bunu SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov “İki sahil" qəzetinin Neftçilər gününə həsr olunan xüsusi buraxılışında bildirib.

Onun sözlərinə görə, hazırda yatağın ilkin işlənmə layihəsi tərtib olunur.

SOCAR-ın vitse-prezidenti yataqdan 2021-ci ildə ilk neft-qaz hasilatının alınmasının nəzərdə tutulduğunu qeyd edib.

“1995-ci ildə imzalanan Hasilatın Pay Bölgüsü Sazişi (PSA) çərçivəsində CIPCO (Caspian International Petroleum Company) əməliyyat şirkəti tərəfindən kəşf edilən “Qarabağ” yatağının işlənməsinə yönəldilən işlər yenidən bərpa edilib. 2016-cı ildə “Statoil” şirkəti ilə birgə tədqiqatlar nəticəsində yatağın böyük potensiala malik olduğu müəyyən edilib”,- Y.Lətifov xatırladıb.

Son xəbərlər

Orphus sistemi