Azərbaycan Dövlət Neft Şirkətinin (
"Report" SOCAR-a istinadən xəbər verir ki, görüşdə SOCAR-TOTAL əməkdaşlığının “Abşeron” layihəsi çərçivəsində nailiyyətləri və əməkdaşlığın hazırkı effektivlik səviyyəsində davamlı olması üçün tədbirlər müzakirə olunub.
Bildirilib ki, “Abşeron” yatağında SOCAR-ın
A.Breuillac qeyd edib ki, “Abşeron” yatağında həyata keçirilən bu layihə TOTAL-ın son 10 ildə ən böyük kəşfidir. “Abşeron” yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biridir. Tərəflər hər birinin 50 faizlik paya malik olduqları JOCAP birgə əməliyyat şirkətinin gələcəkdə layihənin idarəetməsini həyata keçirməsi fikrini təqdir ediblər.
R.Abdullayev yataqların işlənilməsi və məhsulun reallaşdırılması üçün infrastrukturun əsas şərt olduğunu vurğulayaraq bildirib ki, hazırda Azərbaycan Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktura malik olduğu üçün müxtəlif yataqlardan hasil edilən məhsulların xarici bazarlara çıxarılması mümkündür. Bu da “Abşeron” və digər yataqların işlənilməsində Azərbaycanın və SOCAR-ın yaratdığı kommersiya üstünlüyü və layihənin gəlirliyinə təsir göstərən mühüm töhfədir.
Görüşdə Xəzərin Azərbaycan sektorunda kəşfiyyat işlərinin aparılması ilə bağlı perspektivlər müzakirə olunub, qeyd edilib ki, SOCAR-ın təşəbbüsü və müxtəlif şirkətlərin iştirakı ilə Azərbaycanda planlaşdırılan genişmiqyaslı geoloji kəşfiyyat işləri layihəsi bütün ölkə ərazisini əhatə edə bilər və bunun sayəsində ölkəmizin neft və qaz potensialı tam dəqiqləşəcək.
Qeyd edək ki, "Abşeron" yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşir. Yatağın işlənməsi SOCAR və TOTAL şirkətlərinin birgə müəssisə olan JOCAP tərəfindən həyata keçirilir. Qazma işləri SOCAR-ın CDC şirkəti tərəfindən aparılıb. İki lülədən ibarət olan qiymətləndirmə və hasilat məqsədli quyunun qazılması bu il başa çatıb. Məhsulun sahilə çıxarılması üçün lazım olan bütün sualtı avadanlıqlar hazırda Azərbaycandadır. Qurulan sualtı infrastruktur vasitəsi ilə məhsul Neft Daşlarındakı qəbuledici platformaya, orada isə sahilə çıxarılacaq. 2021-ci ildə quraşdırma işlərinin tamamlanması və ilk məhsulun çıxarılması nəzərdə tutulur. Çıxarılacaq ilk qaz həcmləri Azərbaycanın daxili bazarının tələbatına yönləndiriləcək.