“SOCAR Polymer” ixrac gəlirlərini 60 % artırıb
- 24 iyun, 2023
- 09:15
Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 126,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.
Bu, 2022-ci ilin eyni dövrün göstəricisi ilə müqayisədə 47,3 milyon ABŞ dolları və yaxud 59,6 % çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanın ümumi ixracı 16,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı isə 1,5 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu var. Zavodun açılışı 18 iyun 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.