"SOCAR Petroleum" bu həftə 4 CNG məntəqəsi açmağı planlaşdırır

"SOCAR Petroleum" bu həftə 4 CNG məntəqəsi açmağı planlaşdırır Bu həftə ərzində “SOCAR Petroleum”QSC Bakıda və Abşeron yarımadasında daha 4 CNG (“compressed natural gas” - Sıxılmış təbii qaz) yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.
Energetika
17 Dekabr , 2019 11:16
SOCAR Petroleum bu həftə 4 CNG məntəqəsi açmağı planlaşdırır

Bu həftə ərzində “SOCAR Petroleum”QSC Bakıda və Abşeron yarımadasında daha 4 CNG (“compressed natural gas” - Sıxılmış təbii qaz) yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.

“Report” xəbər verir ki, bunu “SOCAR Petroleum” QSC-nin Baş direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib.

"Bu gün “SOCAR Petroleum”QSC Azərbaycanda yeganə CNG şəbəkəsinə malik şirkətdir. Hazırda QSC-nin 5 CNG yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu həftə ərzində daha 4 məntəqənin açılması nəzərdə tutulur. Bu məntəqələr Bakıda və Abşeron yarımadasında olacaq”,- Baş direktor müavini deyib.

O əlavə edib ki, hazırda “SOCAR Petroleum”un əsas prioriteti şirkətin bütün mövcud YDM-lərində CNG məntəqəsinin qurulmasıdır. 

E.Mustafayev məlumat verib ki, gələn il üçün bölgələrdə də CNG məntəqələrinin açılması nəzərdə tutulur: "Azərbaycanda 1000-dən artıq CNG ilə işləyən avtomobil mövcuddur. Ölkədə 10-dan artıq CNG avadanlıqları quraşdıran şirkət var. Bu da onu göstərir ki, ölkədə bu sahədə heç bir inhisar mövcud deyil”.

Son xəbərlər

Orphus sistemi